Asiya İnkişaf Bankı (Asia Development Bank – ADB) Asiya regionu ilə bağlı inkişaf proqnozunu yeniləyib.
BBN.az DW Business TV-yə istinadən xəbər verir ki, yeni proqnoza əsasən regionda olan 46 ölkə üçün ADB-dən bildirilib ki, 2023-cü ildə inkişaf proqnozu 4.8% olacaq, 2024-də isə 4.7%-ə enəcək.
Bankın növbəti il üçün regionda inkişaf proqnozunu azaltması isə Rusiya-Ukrayna müharibəsi kimi iqtisadi qeyri-müəyyənliklər ilə bağlıdır. Həmçinin bildirib ki, Asiya regionunda inflyasiya cari ildə pandemiyadan öncəki həddə 3.6% qayıdacaq. ADB-nin baş iqtisadçısı isə DW-a açıqlamasında qeyd edib ki, bankın inflyasiya proqnozunu azaltması isə enerji qiymətlərinin enməsi və bu fonda ərzağın qiymətlərində azalmanın olacağı ilə bağlıdır. “Həmçinin Çində də inflyasiya pandemiyadan öncəki səviyyəyə çatıb. Ancaq Avropa və Amerikada faiz dərəcələrinin artırılması ehtimalları isə Asiya regionu üçün əlavə təzyiq yaradır”, – deyə baş iqtisadçı sözlərinə əlavə edib.