Asiya İnkişaf Bankı tərəfindən ARİKZF-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir

9 dekabr 2020-ci il tarixində  Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) birgə təşkilatçılığı ilə Yamayka İnkişaf Bankı və Malaziya Kredit Zəmanət Korporasiyasının təqdimatlarının da olduğu onlayn dəyirmi masa keçirilmişdir.

Görüş  Asiya İnkişaf Bankının məsləhətçisi Peter Marronun və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunu baş direktoru Emil Məmmədovun açılış nitqi ilə başlamış,  Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun çıxışı ilə başa çatmışdır.

AİB  tərəfindən  Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) ilə mikro, kiçik və orta biznesin (MKOB) davamlılığını və pandemiyadan sonra bərpasını dəstəkləməyi hədəfləyən işlər davam etdirilir. Bu işlərin bir həssəsi kimi, AİB, xüsusən, kənd yerlərindəki mikro və kiçik müəssisələri dəstəkləmək üçün Azərbaycanın maliyyə sistemində kapitalın katalizasiyasına yönəlik MKOB portfelinin əhatə dairəsinin hazırlanması üzrə araşdırmalar aparır. Dəyirmi masanın təşkilinin əsas səbəbi  bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və maraqlı tərəflərin məsələnin müzakirə etməsi olmuşdur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı