Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Asiyada valyuta savaşı: Dollar geri çəkilir - BBN

Asiyada valyuta savaşı: Dollar geri çəkilir

Asiya valyutaları cümə axşamı yüksəliş göstərib. Ən diqqətçəkən hərəkət isə Yapon yeni və Avstraliya dollarında qeydə alınıb. Yen 3 həftənin maksimumuna yüksəlib. USD/JPY məzənnəsi 0,6% geriləyərək 152,38 səviyyəsinə düşüb və yen son üç həftənin ən güclü nöqtəsində qərarlaşıb. Yaponiyanın baş naziri Sanae Takaichi-nin seçkidə qələbəsindən sonra bazarda hökumətin valyuta bazarına müdaxilə edə biləcəyi ilə bağlı gözləntilər artıb. Yaponiyanın aparıcı valyuta diplomatı Atsuşi Mimura bildirib ki, hökumət valyutadakı kəskin dəyişiklikləri diqqətlə izləyir və ABŞ rəsmiləri ilə mümkün birgə müdaxilə məsələsində əlaqə saxlanılır. Bu açıqlamalar zəif istehsal qiymətləri indeksinə baxmayaraq yenə əlavə dəstək verib. Bu arada Avstraliya dolları da 3 ilin zirvəsinə yüksəlib. AUD/USD 0,1% artaraq son üç ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Artımın əsas səbəbi Avstraliya Mərkəzi Bankının (RBA) faiz artımı siqnallarıdır. Keçən həftə 25 baza bəndi artırımdan sonra bazarlar may ayında yeni faiz artımını qiymətləndirməyə başlayıb. RBA rəhbəri Mişel Bullok bildirib ki, inflyasiya “köklənərsə”, əlavə faiz artımı mümkün ola bilər. Bankın mövqeyi isə hələ də məlumatlara əsaslanan qərar modelidir. ABŞ-da isə güclü əmək bazarı göstəricilərinə baxmayaraq dolların yüksəlişi davamlı olmayıb. Dollar indeksi həftəlik 0,8% geriləyib. Bazarlar indi ABŞ inflyasiya (CPI) məlumatlarını gözləyir. Həftəlik işsizlik müraciətləri də diqqət mərkəzindədir. Analitiklər bildirir ki, ABŞ siyasət riskləri və FED rəhbərliyi ilə bağlı qeyri-müəyyənlik dolların davamlı möhkəmlənməsinə mane ola bilər. Digər Asiya valyutalarının yüksəlişi və sabit qalması da diqqəti çəkir. Belə ki,Çin yuanı – 2023-cü ilin mayından bəri ən güclü səviyyə yüksəlib, Cənubi Koreya vonu – 0,2% möhkəmlənib, Hindistan rupisi – 0,3% artıb, Sinqapur dolları isə sabit qalıb.

Related posts

Qızıl geri çəkildi – Güclü ABŞ iqtisadiyyatı bazarı silkələdi

Rəsmi valyuta məzənnələri(9.02.2026)

Rupi güclənir, amma sual açıq qalır: Xarici investorlar Hindistanda qalacaqmı?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı