Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Astana Beynəlxalq Maliyyə Mərkəzi Agentliyi “Bakı Fond Birjası” QSC-yə işgüzar səfər edib - BBN

Astana Beynəlxalq Maliyyə Mərkəzi Agentliyi “Bakı Fond Birjası” QSC-yə işgüzar səfər edib

9 sentyabr 2024-cü il tarixində Astana Beynəlxalq Maliyyə Mərkəzi Agentliyinin rəhbər heyəti Bakı Fond Birjasının rəhbər heyəti ilə görüşüb.

Görüş zamanı Astana Beynəlxalq Maliyyə Mərkəzi Agentliyinin sədri Renat Bekturov və İnnovasiyalar üzrə Baş Direktoru Talgat Amanbayev Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov ilə bir araya gələrək, hər iki ölkənin kapital bazarlarının inkişaf perspektivləri, şirkətlər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətləri üzrə müzakirələr aparıb. Bu görüş, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından hər iki tərəf üçün əhəmiyyətli bir imkan yaradır.

Related posts

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı