Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Atəşkəs tələbi ilə başlayan tətil İsraildə həyatı dayandırdı - BBN

Atəşkəs tələbi ilə başlayan tətil İsraildə həyatı dayandırdı

İsrailin ən böyük həmkarlar ittifaqı olan Hisdatrut tərəfindən hökumətdən “Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi imzalamağı” tələb edən ümumi tətil ölkə daxilində başlayıb.

BBN.az bu barədə Bloomberg Türkyə’yə istinadən xəbər verir.

İsraildə həmkarlar ittifaqının səhər saatlarından etibarən elan etdiyi ümumi tətil çərçivəsində İsrailin dünyaya açılan qapısı olan Ben Gurion Hava Limanında səhər saat 08.00-10.00 saatları arasında gediş uçuşlarının kəsildiyi, gəliş uçuşlarının isə həyata keçirilirdiyi bildirilib.

Bəzi ictimai nəqliyyat avtobus şirkətləri və dəmir yolu xidmətlərinin saat 12:00-a qədər işləməyəcəyi, bəzi şəhərlərdə qatar və tramvayların aşağı tutumla işlədiyi bildirilib.

Bəzi universitetlər və bələdiyyələr, eləcə də bəzi milli banklar bu gün tətilə başlayıb, İmmiqrasiya İdarəsi, Vergilər İdarəsi, Parklar və Bağçalar İdarəsi kimi qurumlar bu gün işə çıxmayacağı bildirilib.

Xəstəxanaların həftə sonları fəaliyyət göstərəcəyi, uşaq bağçaları və körpələr evi-uşaq bağçalarının bağlanacağı, məktəblərin yarımgünlük təhsil verəcəyi bildirilib.

İsraildə sığorta, ticarət mərkəzlərinin operatorları, tekstil və telekommunikasiya kimi bir çox sektordan özəl şirkətlər də bu gün tətilə qoşulub və hökuməti “siyasi və iqtisadi vəziyyət”ə görə tənqid ediblər. Bu gün İsraildə bəzi ticarət mərkəzlərinin bağlandığı görülüb.

Related posts

BVF neft şoku ilə bağlı həyəcan təbili çalır

ABŞ qlobal tarifləri artırır – 15%-lik rüsumlar bu həftə qüvvəyə minir

“X” müharibə səbəbindən yeni qaydalar tətbiq etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı