Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"X" müharibə səbəbindən yeni qaydalar tətbiq etdi - BBN

“X” müharibə səbəbindən yeni qaydalar tətbiq etdi

Sosial media platforması “X” süni intellekt vasitəsilə yaradılan və xüsusilə silahlı münaqişələrlə bağlı olub istifadəçiləri çaşdıran məzmunlara qarşı yeni qaydalar tətbiq etdiyini açıqlayıb.

BBN.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, süni intellekt vasitəsilə hazırlanmış video və digər materialları paylaşarkən onların AI ilə yaradıldığını qeyd etməyən kontent yaradıcıları platformanın gəlir paylaşımı proqramından 90 gün müddətinə kənarlaşdırılacaq. Qaydaları pozmaq davam edərsə, həmin istifadəçilər proqramdan birdəfəlik uzaqlaşdırıla bilər.

Şirkətin məhsul bölməsinin rəhbəri Nikita Bier bildirib ki, müharibə dövründə insanların real və etibarlı məlumat əldə etməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müasir süni intellekt texnologiyaları ilə insanları asanlıqla çaşdıran görüntülər hazırlamaq mümkündür və bu səbəbdən platforma daha sərt addımlar atmağa qərar verib.

Qeyd edək ki, platformanın gəlir paylaşımı proqramı istifadəçilərə paylaşımlarının baxış sayına əsasən reklam gəlirindən pay qazanmaq imkanı yaradır. Lakin bəzi tənqidçilər hesab edir ki, bu model sensasiyalı və diqqət çəkmək üçün hazırlanmış paylaşımların artmasına səbəb ola bilər.

Related posts

Pekində Tramp-Si zirvəsi: Tayvan və İran masada, ticarətdə yeni “soyuq müharibə” anonsu!

DÜNYA BU GÖRÜŞÜ GÖZLƏYİR: Dolların hegemonluğu və Trump-Xi zirvəsinin bazarlara sarsıdıcı təsiri!

TRUMP VƏ Sİ CİNPİN GÖRÜŞÜNDƏ “İRAN KÖLGƏSİ”: SÜLH DANIŞIQLARI ÇIXILMAZDA!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı