Avqustun 29-da keçirilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 16 nəqliyyat vasitəsi özəlləşdirilib

İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 16 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 29-da hərrac keçirilib. Hərracda “Anar” ASC-nin 30 faizlik səhm paketi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, lot üzrə təqdim edilən 5 ədəd “Chevrolet Niva” markalı avtomobilin start qiyməti 17 400 manat olsa da, ən son təklif 25 500 manata yüksəlib. Bununla yanaşı, ilkin qiyməti 3 250 manat olan “Mitsubishi Pajero” markalı avtomobil 4 550 manata satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı