Avropa bazarları 2018-ci ildən bu yana ən pis ilini qeyd edib

Avropa bazarları 2022-ci ildə 2018-ci ildən bu yana ən pis ilini qeyd edib. Rusiyanın Ukraynadakı müharibəsi, yüksək inflyasiya, pul siyasətinin sərtləşdirilməsi bütün dünyada risk aktivlərinə zərər vurub.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, Stoxx 600 index-i 2022-ci ilin son ticarət həftəsində bütün illə müqayisədə 12%-dən çox enib. Bu isə 2018-ci ildəki illik 13.24%-lik azalmadan bu yana ən pis performans olub.

Enerji qiymətlərinin və inflyasiyanın yüksəlməsindən dolayı yaşam xərcləri, həm müştərilər, həm də bizneslər üçün artıb. Qlobalda Mərkəzi Banklar isə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün aqressiv faiz artımı qərarları qəbul etmişdilər.

Ukraynadakı müharibə ilə bağlı hər-hansı bir işarənin olmaması, Çinin 3 il davam edən qapanmalardan dolayı iqtisadiyyatı yenidən bərpa etməsi 2023-cü ildə investorlar üçün bəzi qorxuların olacağının əlamətidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı