Avropa bazarları aşağı açılıb, investorlar ABŞ-ın sabah açıqlanacaq inflyasiya data-larına fokuslanıblar

Çərşənbə günü, bu gün Avropa bazarları aşağı açılıb, buna səbəb investorların ABŞ-ın sabah, cümə axşamı gözlənilən inflyasiya data-larına fokuslanması və qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı ürəkaçan proqnozların verilməməsi olub.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, çərşənbə axşamı International Monetary Fund (IMF) 2023-cü il qlobal inkişaf proqnozunu 2.7%-ə endirib.

IMF-nin yeni proqnozu isə iyuldakından 0.2% aşağıdır və maliyyə qurumu əlavə edib ki, 2023-cü ildə dünyadakı milyonlarla insanlar iqtisadi tənəzzüldə olacaqlarını hiss edəcəklər. 

ABŞ-ın Xəzinə naziri Janet Yellen isə deyib ki, ABŞ iqtisadiyyatı qlobal qeyri-müəyyənliyə baxmayaraq yaxşı iş görür. O, çərşənbə axşamı CNBC-də Sara Eisen ilə müsahibəsi çərçivəsində əlavə edib ki, ABŞ iqtisadiyyatı möhkəm bərpa nümayiş etdirir, məşğulluq ilə bağlı hesabat uğurlu iqtisadiyyatdan xəbər verir. Nazir, eyni zamanda qəbul edib ki, inflyasiya olduqca yüksəkdir və onu aşağı salmaq Biden administasiyasının prioritetlərindən biridir və bunu edən zaman isə sağlam əmək bazarının qorunub saxlanılmasının vacibliyini vurğulayıb. (ABŞ inflyasiyanı aşağı endirmək üçün əmək bazarını zəiflətməyə çalışır, çünki insanlar daha az qazanacaqlar, daha az xərcləyəcəklər, nəticədə isə inflasiya aşağı enəcək-red.)

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı