Avropa İttifaqı Rusiyaya qarşı 11 milyard avro dəyərində yeni sanksiya paketi tətbiqini planlaşdırır

Avropa İttifaqı xarici işlər nazirləri Rusiyaya qarşı 11 milyard avro dəyərində 10-cu, yeni sanksiya paketi tətbiqini planlaşdırır.

BNN.az DW Business TV-yə istinadən xəbər verir ki, müharibənin başlanğıcından Qərbin rəsmi Moskvaya qarşı sanksiyalarının sayı 14.500 olub, məqsəd isə müharibədə Rusiyanın iştirakını zəiflətmək idi.

Qeyd edək ki, Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ olub, sayı 2.527, onu Kanada (1.904), İsveçrə (1.801), Böyük Britaniya (1.616), Avropa İttifaqı (Aİ) 1.539 izləyib. Sanksiyaların 80%-i fərdləri hədəfə (oliqarxlar və siyasətçilər) alıb, qalan hədəf isə institutlar olub.

Bildirək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan 1 il ötəcək. Bu hücumdan sonra Rusiyanın pul vahidi rubl dollar və avro qarşısında tarixi aşağı səviyyəyə enmişdi. Mərkəzi Bankın səyləri və Rusiyanın təbii qaza görə xaricdən ödənişləri rubl ilə tələb etməsi valyutanı möhkəmləndirmişdi.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı