Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə tərəfdaşlığın prioritetləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.

Görüşdə vurğulanıb ki, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan Aİ ilə iqtisadi-ticarət münasibətləri genişlənir. Avropa İttifaqı ilə ölkəmiz arasında enerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir.

Tərəflər Azərbaycan-Aİ əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı