Avropa Komissiyası: “Rusiya təbii qazından asılılığımızı sürətli şəkildə azaldırıq” – Foto

“Biz Rusiya təbii qazından asılılığımızı sürətli şəkildə azaldırıq”.

BBN.az Avropa Komissiyasının LinkedIn platformasındakı məlumatına istinadən xəbər verir ki, qurumdan deyilib ki, bizim mayeləşdirilmiş təbii qazın (LNG) idxalı 2021-ci ilin avqustundan 2 dəfə artıb. Kəmər təchizatı ilə alternativ idxal isə nə az nə çox düz 10% artıb.

Avropa Komissiyasından deyilib ki, eyni zamanda geniş bir şəkildə yenilənəbilən enerji mənbələrinə investisiya edirik: “Belə enerji mənbələri təkcə bizim ətraf mühitimiz üçün deyil, eyni zamanda enerji müstəqilliyimiz üçün yaxşı bir haldır”. 

Komissiyaya görə, 2021-ci ilin avqustunda İttifaqa Rusiyadan idxal 41%, 40% isə digər təchizatçılar olub, LNG isə 19% təşkil edib.

2022-ci ilin avqust məlumatına, əsasən isə bu rəqəmlər dəyişilib, belə ki, Rusiyadan idxal 41%-dən 9%-ə enib, 50% digər təchizatçılar üzərindən olub, 41% isə LNG-dir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı