Avropa Komissiyası Rusiyaya sanksiyaların iqtisadi nəticələrini elan etdi – Foto

“Avropa İttifaqının (Aİ) sanksiyaları Rusiyanı sərt və dərindən vurur, Ukraynaya qarşı aqressiyanı maliyyələşdirmək imkanlarını məhdudlaşdırır”.

BBN.az xəbər verir ki, bu haqda Avropa Komissiyasının LinkedIn biznes sosial platforması üzərindən paylaşdığı məlumatda deyilib. Ölkənin iqtisadiyyatı inkişafdan dayanır və təcrid olunur. Avropa Komissiyası Rusiya ilə bağlı olan açar iqtisadi göstəriciləri paylaşıb:

  • Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ildə 10% azalıb.
  • Avtomobil istehsalı 2021-ci illə müqayisədə 90% enib. 
  • 1000-dən çox beynəlxalq şirkətlər Rusiya bazarını tərk edib. 
  • Qabaqcıl texnologiyalar ilə iqtisadiyyatını modernləşdirə bilmir. 
  • Avropa İttifaqından çoxlu əlavə dəyərli məhsulların idxalına qadağa qoyulub.

“40 ölkə ilə koordinasiyada Aİ Kremli bu qəddar, mənasız müharibəni maliyyələşdirmə vasitələrindən məhrum etmək üçün təzyiqlərini davam etdirəcək”,- deyə məlumatda deyilib. 

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı