Avropa Mərkəzi Bankı 10 ardıcıl artımdan sonra faizləri dəyişməz saxlayıb

Oktyabrın 26-da Avropa Mərkəzi Bankı (AMB) 10 ardıcıl (2022-ci ilin iyulunda başlayıb-red.) artımdan sonra faizləri dəyişməz saxlayıb.

BBN.az CNBC Business nəşrinə istinadən xəbər verir ki, nəticədə tənzimləyici uçot faiz dərəcəsini 4-də saxlayıb.

Qeyd edək ki, daha öncə sentyabrda Böyük Britaniyanın Mərkəzi Bankı, İsveç Milli Bankı, ABŞ Federal Bankı (FED) faizləri dəyişməz saxlamışdı.

Əlavə edək ki, Avropa Mərkəzi Bankı belə bir qərarı isə İsrail-Hamas müharibəsindən dolayı yarana biləcək inflyasiya riskləri fonunda qəbul edib. Tənzimləyici əlavə edib ki, belə bir qərara baxmayaraq inflyasiya hələ də uzun müddət yüksək qalmağa davam edəcək.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı