Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Avropa Mərkəzi Bankının prezidenti Milad bayramı təbrikində gələcək vacib iqtisadi hədəfləri açıqlayıb - BBN

Avropa Mərkəzi Bankının prezidenti Milad bayramı təbrikində gələcək vacib iqtisadi hədəfləri açıqlayıb

“2023 ardıcıl çətinliklərin və davamlı dəyişikliklərin olduğu il olub. İqtisadi qeyri-müəyyənliklər ilə yanaşı, iqlim dəyişikliyi də bizə yaşıl tranzasiyanın vacibliyini də xatırlatdı”.

BBN.az xəbər verir ki, bu sözləri Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde özünün LinkedIn platformasında yaxınlaşan bayram təbriki (dekabrın 25-də qeyd ediləcək Milad bayramı -red.) ilə əlaqədar videoçarxda deyib.

Onun sözlərinə əsasən cari ildə qlobal qeyri-müəyyənliklər fonunda bank inflyasiya ilə mübarizə aparıb: “Sonuncu görüşümüzdə uçot faiz dərəcəsini dəyişməz saxlamaqla bağlı qərar qəbul etdik. İnflyasiyanı 2%-lik hədəfə çatdırmaqda kifayət qədər qərarlıyıq. Bu yöndə hədəfə çatana qədər səylərimizi davam etdirəcəyik. Cari ildə də bu hədəfə çatmaq üçün çox çalışdıq”, – deyə prezident sözlərinə əlavə edib.

Christine Lagarde qeyd edib ki, 2023-cü ildə digər uğurlara da imza atdıq: “Xorvatiyanı Avro ailəsinə qəbul etdik və ailə üzvlərinin sayını 20-yə çatdırdıq. Rəqəmsal avronun tətbiq edilməsi ilə bağlı olaraq hazırlıq mərhələsinə başladıq. Həmçinin gələcək əsginaslar ilə bağlı isə 2 dizaynı seçdik”.

Related posts

Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ” 7%-DƏK KEŞBEK, 6 AYADƏK FAİZSİZ TAKSİT

“Lombard” kreditinə illik 10%-dək endirim – ŞƏRTLƏR

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı