Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər mövzusunda təlim keçiriləcək

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və USAİD Azərbaycanın birgə təşkilatçılığı ilə özəl sektorun inkişafı layihəsi çərçivəsində “Avropa və Şimali Amerika bazarlarına qida məhsullarının ixracında müasir tələblər” mövzusunda maarifləndirici təlim keçiriləcəkdir. 

Təlim çərçivəsində ixracatçıların Avropa və Şimali Amerika bazarlarına ixrac zamanı tələb edilən keyfiyyət göstəriciləri haqqında ətraflı məlumat veriləcək. 

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçıların qərb bazarlarında keyfiyyət üstünlüyünə malik olması ilə əlaqədar silsilə təlimlər həyata keçirəcək. 

Təlim 30 Aprel 2021-ci il tarixində saat 17:00-də keçiriləcək.

Görüşə qoşulmaq üçün – https://us02web.zoom.us/webinar/register/WN_0-mnyPFcRZGQLqoESs-dCA?_x_zm_rtaid=FF2UCuKESB6GMvMr6I3PlQ.1619075295920.06de1be47265f47305565f9517330391&_x_zm_rhtaid=866

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı