Avropa Yenidənqurma və İnkişaf Bankının I vitse-prezidenti Azərbaycana səfər edəcək

Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Rigterinkin Cənubi Qafqaza birhəftəlik səfəri başlayır.

BBN.az EBRD-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, birinci vitse-prezidentin Azərbaycana səfəri sentyabrın 7-də baş tutacaq. Görüşlər iki gün davam edəcək.

Y.Rigterink EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patronenin müşayiəti ilə Cənubi Qafqazın hər bir ölkəsində hökumət rəsmiləri, mərkəzi bankların rəhbərləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşəcək.

O, həmçinin EBRD-nin Qafqaz üzrə sabiq regional direktoru Katarina Byorlin Hansen və bu vəzifəyə yeni təyin olunmuş Alkis Vryenios Drakinos arasında təhvil-təslimi qeyd edəcək.

Görüş zamanı özəl sektorun inkişafı, infrastruktur və islahatlar diqqət mərkəzində olacaq.

Qonaqlar səfər çərçivəsində Azərbaycanda qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədilə texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl tərəfdaşlığına həsr olunmuş mərasimində iştirak edəcək.

Səfərdən əvvəl Rigterink bildirib: “Bu səfər, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsi və artan iqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, regiondakı prioritetləri müzakirə etmək üçün hökumət nümayəndələri və işgüzar dairələrin üzvləri ilə görüşmək imkanıdır. Qafqaz Bank üçün mühüm regiondur və biz investisiyalarımız, məsləhət xidmətlərimiz və strateji tapşırıqlarımız vasitəsilə regionda dayanıqlı iqtisadi inkişafa davamlı dəstək prinsipimizə sadiqik”.

Qeyd edək ki, EBRD regionda həm özəl, həm də dövlət sektorunda 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoyub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı