Avropada ev qiymətləri artıb

Avropa İttifaqı Statistika Bürosunun (EUROSTAT) hesabatına əsasən 2021-cu ilin ikinci rübündə Avrozonada ev qiymətləri ötən ilin müvafiq dövrünə nisbətdə 6.8% artıb. Avropa Birliyi ölkələrində  isə bu göstərici 7.3% olub. Ötən rübə, yəni 2021-in ilk rübünə nisbətdə isə ev qiymətlərində artım 2.6% olub.

Ötən ilin ikinci rüb göstəriciləri ilə müqayisə etsək, ev qiymətlərində ən çox artım müşahidə olunan ölkələr Estoniya (16.1%), Danimarka (15.6%) və Çexiya (14.5%) olub. Avropada ev qiymətlərinin azaldığı yeganə ölkə isə Kipr (-4.9%) olub.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı