Avropada inam indeksləri geriləməkdədir

Koronavirus pandemiyasının geniş məcrada yayılması Avropa iqtisadiyyatının əksər sahələri kimi inam indekslərinə də mənfi təsirini göstərib. Bugün Avropa Komissiyası İqtisadi Vəziyyət İndeksini (Economic Sentiment Indicator) açıqlayıb. İndikator 1985-ci ildə yaradılmasından bu yana ən böyük gerilməsini yaşayıb və 103.4 bənddən 94.5 bəndə geriləyib. Ən böyük zərbəyə isə Avropa ölkələrinin xidmət sektoru məruz qalıb. Xidmət sektoru inam göstəricisi fevral ayı ərzində 11.1 bənddən -2.2 bəndə geriləyərək tarixinin ən böyük azalmasını yaşayıb.

Avropa ölkələrinə ayrılıqda nəzər saldıqda isə ən böyük zəifləmənin İtaliyada yaşandığını müşahidə etmək olur. ESI göstəricisi Fransada 100.6, İspaniyada 99.3, Almaniyada 92.0 səviyyəsinə geriləyərkən, İtaliyada bu göstərici 17.6 bənd azalaraq 83.7 səviyyəsində qərarlaşıb. Bununla yanaşı, İtaliyada biznes inam indeksi 97.8 bənddən 81.7 bəndə, istehlakçı inam indeksi isə 110.9 bənddən 101.0 bəndə geriləyib.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı