Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb - BBN

EBRD Azərbaycanda cari layihələr portfelini və əməliyyat aktivlərini artırıb

Bu il fevralın 28-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 898 milyon avro qiymətləndirilir.

BBN.az EBRD-yə istinadən xəbər verir ki, portfelin 40 %-i özəl sektorun payına düşür.

Yanvarın 31-i ilə müqayisədə portfel 0,3 % və yaxud 3 milyon avro artıb.Hazırda 36 layihə aktivdir.

EBRD-nin məlumatlarına görə, cari portfelin əsas hissəsi – 90 %-i (806 milyon avro) davamlı infrastrukturun inkişafına, 7 %-i (62 milyon avro) maliyyə institutlarına, daha 3 %-i (30 milyon avro) isə korporativ sektora yönləndirilib.

Ümumilikdə, EBRD indiyə qədər Azərbaycanda 202 layihəyə 3 milyard 629 milyon avro investisiya yatırıb.

Ötən ay Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri 1,3 % və yaxud 9 milyon avro artaraq 695 milyon avro təşkil edib.

2025-ci ildə EBRD Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib.

Related posts

Trampdan şok qərar: Jenerik dərmanlara 200%-lik gömrük rüsumu tətbiq oluna bilər

“Intel” yeni ixtisarlar planlaşdırır

Beynəlxalq PLUS-Forum “Ödənişlər və Nağd Pul Dövriyyəsi” əsas bazar iştirakçılarını bir araya gətirir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı