Avrozonada mart ayı üçün ortalama illik inflyasiya 7.4% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici 1.3%, fevral ayında isə 5.9% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə mart ayının illik inflyasiya rəqəmi isə fevral ayı ilə nisbətdə 1.6% artaraq 7.8% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Litva (15.6%) və Estoniyada (14.8%), ən aşağı göstərici isə Maltada (4.5%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və energetika sektorları olub.
Avropa iqtisadiyyatının əsas tərkib hissələrindən olan Böyük Britaniya və Fransada da inflyasiya müvafiq olaraq 7% və 4.5% səviyyəsinə yüksələrək tarixi rekorda imza atıb.