Avrozonada dekabr ayı üçün ortalama illik inflyasiya 5.0% olub. Qeyd edək ki, ötən ilin müvafiq ayında bu göstərici -0.3% olub. Avropa Birliyinə daxil olan ölkələr üçün isə dekabr ayının illik inflyasiya rəqəmi isə noyabr ayı ilə nisbətdə 0.1% artaraq 5.3% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.
Sözügedən dövr üçün ən yüksək illik inflyasiya göstəriciləri Litva (10.7%) və Estoniyada (12%), ən aşağı göstərici isə Maltada (2.6%) qeydə alınıb.
Bahalaşmanın ən çox qeydə alındığı sahələr isə müvafiq olaraq xidmət, alkoqol, tütün, yeyinti və energetika sektorları olub.