Avropada işsizlik artıb

Avropa Birliyinə daxil olan ölkələrdə mart ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 6.6% olub. Qeyd edək ki, fevral ayı üzrə sözügedən göstərici 6.5% olub. Avrozona ölkələri üçün isə mart ayına olan işsizlik göstəricisi fevral ayına nisbətdə 0.1% artaraq 7.4% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

“Eurostat” təxminlərinə görə , sözügedən dövr ərzində 197 mini Avrozona daxilində olmaqla, Avropa Birliyində ümumilikdə 241 min nəfər öz işini itirib.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı