Avropada işsizlik azalıb

Avrozonaya daxil olan ölkələrdə fevral ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 6.8% olub. Qeyd edək ki, yanvar ayında bu göstərici 6.9%, ötən ilin fevral ayında isə 8.2% olub. Avropa Birliyi ölkələri üçün isə fevral ayına olan işsizlik göstəricisi yanvar ayına nisbətdə 0.1%, ötən ilin fevral ayına nisbətdə isə 1.3% azalaraq 6.2% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri İspaniya (12.6%) və Yunanıstanda(11.9%), ən aşağı göstərici isə Çexiyada (2.4%) qeydə alınıb.

Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 4%-dən 3.8%-ə geriləyib.

Related posts

Laqard: AİB faiz dərəcələrini saxlayır və avrozonanın iqtisadi dayanıqlığını qeyd edir

ECB mövcud faiz dərəcələrini potensial şoklardan qorunmaq üçün kifayət hesab edir

ABŞ və Aİ arasında danışıqların həlledici mərhələsi başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı