Avropada işsizlik azalıb

Avrozonaya daxil olan ölkələrdə avqust ayı üçün mövsümi olaraq tənzimlənən işsizlik 7.5% olub. Qeyd edək ki, ötən ayda bu göstərici 7.6% olub. Avropa Birliyi ölkələri üçün isə avqust ayına olan işsizlik göstəricisi iyul ayına nisbətdə 0.1% azalaraq 6.8% səviyyəsində qərarlaşıb. Bu barədə məlumat Avropa Birliyinin statistika ofisi “Eurostat” tərəfindən paylaşılıb.

Sözügedən dövr üçün ən yüksək işsizlik göstəriciləri Yunanıstan (13.2%) və İspaniyada (14%), ən aşağı göstərici isə Çexiyada (2.9%) qeydə alınıb.

Amerika Birləşmiş Ştatlarında isə sözügedən dövrdə işsizlik göstəricisi 5.4%-dən 5.2%-ə enib.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı