Avropada Milad bayramı şam yeməyi neçəyə başa gələcək?

2023-cü ildə Avropada dekabrın 25-də qeyd ediləcək Milad (Christmas) bayramı şam yeməyinin qiyməti açıqlanıb.

BBN.az BBC Business nəşrinə istinadən xəbər verir ki, bu il tipik bayram axşamı (toyuq, kartof, ənənəvi keksdən ibarət) üçün təxminən 32.35 funt sterlinq lazım olacaq, bu isə bir öncəki illə müqayisədə 4.3%-lik artımdır. Daha əvvəlki rəqəm isə 31 funt sterlinq olub. Belə bir artıma səbəb isə qeyd edilən məhsullar üzrə qiymətlərdə yüksəlişin olmasıdır. Bildirilir ki, toyuğun qiyməti təkcə 2021-ci illə müqayisədə 20% bahalaşıb.

Qeyd edək ki, tədqiqat pərakəndə izləmə platforması Assosia tərəfindən aparılıb və onlar iri supermarketlərdəki məhsulların qiymətini əsas götürərək təhlillər aparırlar. Müqayisə isə 2022-ci ilin dekabrın 1-i və 2023-cü ilin eyni dövrü ilə aparılıb. BBC-nin öz araşdırması isə göstərir ki, tipik bayram şam yeməyinin qiyməti isə məhsulları hansı supermarketdən almağınızdan asılı olaraq dəyişəcək.

 

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı