Avropada pərakəndə ticarət həcmi azalıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) ötən ilin dekabr ayında Avropada pərakəndə ticarətin həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, pərakəndə ticarət həcmi noyabr ayına nisbətdə Avrozonada (19 ölkə) 1.6%, Avropa Birliyi ölkələrində (27 ölkə) isə 1.3% azalıb.

2018-ci ilin dekabr ayı göstəriciləri ilə müqayisə etdikdə, Avropa Birliyi ölkələrində 1.3%-lik, Avrozonada isə 1.9%-lik artım müşahidə olunub.

Noyabr ayına nəzərən pərakəndə ticarət göstəricilərində ən böyük artım İrlandiyada (2.7%), ən böyük geriləmə isə Almaiyada (-3.3%) qeydə alınıb.

Related posts

Aİ Ukraynaya 150 milyon avro qrant yardım edib

2025-ci ildə Aİ-dən Ukraynaya əlavə 30 milyard avro yardım ayıracaq

Ukraynada inflyasiyanın iki dəfə artacağı gözlənilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı