2025-ci ilin dekabr ayında Estoniyada illik inflyasiya 3,7% təşkil edib.
Bu barədə ERR Avropa İttifaqının statistika xidməti olan Eurostatın ilkin məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, inflyasiya göstəricisinə əsasən Estoniya avrozona ölkələri arasında ikinci yerdə qərarlaşıb.
İnflyasiya üzrə lider 3,9% göstərici ilə Slovakiya olub. Ən aşağı illik inflyasiya isə Fransada qeydə alınıb – 0,4%.
2026-cı ilin yanvar ayında avrozonada orta illik inflyasiya səviyyəsi dekabr ayındakı 2%-dən 1,7%-ə qədər azalıb. Buna baxmayaraq, Estoniya inflyasiya göstəricisinə görə yenidən ikinci pillədə qərarlaşıb.
Mənbə: Oxu.az