Avropada sənaye istehsalı artıb

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) dekabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, sənaye istehsalı 2021-ci ilin noyabr ayına nisbətdə Avrozonada (19 ölkə) 1.2%, Avropa Birliyi ölkələrində isə 0.7% artıb.

2020-ci ilin dekabr ayının göstəriciləri ilə müqayisə etdikdə isə, Avropa Birliyi ölkələrində isə bu göstəricinin 1.6%, Avrozona ölkələrində isə 2.5% irəlilədiyini müşahidə edə bilərik.

2021-ci il üzrə illik sənaye istehsalı artım göstəricisi isə Avrozonada 7.8%, Avropa Birliyi ölkələrində isə 8.2% səviyyəsində qərarlaşıb.

Oktyabr ayına nəzərən sənaye istehsalında ən böyük artım Litvada (33.3%), ən böyük geriləmə isə Maltada (-7.1%) qeydə alınıb.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı