Avropada sənaye istehsalının sentyabr ayına olan vəziyyəti

Avropa Birliyi Statistika Ofisi (EUROSTAT) 2021-ci ilin sentyabr ayında Avropada sənaye istehsalının həcmi ilə bağlı hesabat yayınlayıb. Hesabata istinadən, Avrozonada (19 ölkə) sənaye istehsalı oktyabr ayına nisbətdə 0.2% azalıb. Lakin, digər tərəfdən sözügedən göstəricidə 2020-ci ilin sentyabr ayına nisbətdə 5.2% artım qeydə alınıb.

Avropa Birliyi ölkələrində daha volatil tendensiya özünü biruzə verib. Belə ki, 2021-cu ilin sentyabr ayına olan sənaye istehsalı göstəricisi avqust ayına nisbətdə 0.5% azalıb. 2020-ci ilin müvafiq dövrünə nisbətdə isə 5% böyümə baş verib.

Azalma tendensiyasının ən çox müşahidə olunduğu ölkələr Danimarka (-5%), Çexiya (-3.2%) və Avstriyadır (-3%) . Ən böyük irəliləyişlər isə Estoniya (5.3%) və Litvada (4.3%) qeydə alınıb.

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı