Avropada satılan hər beş avtomobildən biri elektrik mühərriklidir

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) avqust ayı üçün Avropa Birliyi (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb. Məlumatlara görə Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 787 min 626 ədədə çatıb.

BBN.az xəbər verir ki, birliyə üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-avqust aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 7 milyon 78 min 464-ə çatıb.

Avqust ayında Aİ ölkələrində satılan yeni avtomobillərin 32,7%-i benzin, 23,9%-i hibrid, 21%-i tam elektrik, 12,5%-i dizel, 7,4%-i plug-in hibrid və 2,5%-i isə digər yanacaq növləri olub.

Beləliklə, Aİ ölkələrində elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı ilk dəfə olaraq 20%-i ötüb və dizellə işləyən avtomobilləri üstələyib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı