Avrozonada illik inflyasiya gözlənilən kimi reallaşıb

Avrozonada istehlak qiymətləri indeksi (CPI) avqust ayında illik 2,2 faiz artıb.

BBN.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) tərəfindən dərc olunan Avrozona və Avropa İttifaqının (Aİ) avqust ayı üzrə yekun inflyasiya məlumatlarına görə, Avrozonada iyulda 2,6 faiz olan illik inflyasiya avqustda 2,2 faizə enib.

Avqust ayında CPI aylıq müqayisədə 0,1 faiz təşkil edib.

Avqust ayında Avrozonada illik inflyasiyanın 2,2 faiz, aylıq inflyasiyanın isə 0,2 faiz olacağı proqnozlaşdırılmışdı.

Məlumatlara görə, Avrozonada baza inflyasiyası isə avqustda illik 2,8 faiz, aylıq 0,3 faiz səviyyəsində ölçülüb.

Avrozonada inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda məlum olur ki, ən yüksək illik inflyasiya 1,88 faiz ilə xidmətlər sektorunda olub

Aİ-də iyulda 2,8 faiz olan illik inflyasiya avqustda 2,4 faizə geriləyib. Aİ-də CPI avqust ayında aylıq müqayisədə 0,1 faiz təyin olunub.

Related posts

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Naxçıvanda vergi ödəyicilərinin sayı 13,3 faiz artıb

Yerli investisiyalı müəssisələrin e-qeydiyyatda xüsusi çəkisi 93,6 faiz olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı