Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib - BBN

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilib. 2024-cü ilin 11 ayı ərzində qeyri-yaşayış sahələrinə dair 571 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-noyabr ayları ərzində torpaq sahəsinə dair 3.152 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.723 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 17,1% artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artım qeydə alınıb.

Related posts

AMB İslam maliyyəsi sahəsində beynəlxalq mükafata layiq görülüb

Çin və Rusiya arasında ticarət dövriyyəsi 25,6% artıb

Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı