Avrozonada inflyasiya kəskin azalıb

Avropa Statistika İdarəsi (Eurostat) Avrozonada avqust ayı üzrə inflyasiya məlumatlarını dərc edib.

BBN.az xəbər verir ki, Avro Bölgəsində iyulda 2,6 faiz olan illik inflyasiya avqust ayında  2,2 faiz geriləyib. Avqust ayında istehlak qiymətləri indeksi aylıq bazda 0,2 faiz artıb.

Bazar gözləntiləri  də avqust ayında Avrozonada illik inflyasiyanın 2,2 faiz olacağı yönündə idi .Elan edilmiş məlumatlar bazar gözləntiləri ilə eyni səviyyədə reallaşdı.

Avropa İttifaqından verilən məlumatlara görə, inflyasiya Belçikada 4,5, Estoniyada 3,4, Hollandiyada 3,3, Slovakiyada 3,2, İspaniyada 2,4, Fransada 2,2, Almaniyada isə 2 faiz olub.

Related posts

SOCAR tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir

Energetika naziri Rumıniyaya səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı