Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (CPI) oktyabr ayında illik bazda yüzdə 1,7-dən 2 faizə yüksəldi.
BBN.az xəbər verir ki, Avro Bölgəsində sentyabrda 1,7 faiz olan illik inflyasiya oktyabrda 2 faizə yüksəlib. Oktyabr ayında CPI aylıq bazda 0,3 faiz oldu.
Oktyabr ayında Avrozonada illik inflyasiyanın 2 faiz, aylıq inflyasiyanın isə 0,3 faiz olacağı bazar gözləntiləri idi.
Avrozonada ərzaq, alkoqol və tütün məmulatlarının bahalaşması oktyabrda sentyabrdakı 2,4%-dən 2,9%-ə, xidmətlərin qiymətinin artması isə 3,9%-dən 4%-ə qədər sürətlənib. Sənaye məhsulları oktyabrda 0,5% (sentyabrda +0,4%) bahalaşıb, enerji resursları isə 4,6% (sentyabrda -6,1%) ucuzlaşıb