Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.
BBN.az xəbər verir ki, məlumata görə, Aİ-də pərakəndə satışlar sentyabr ayında avqustla müqayisədə dəyişməyib, illik müqayisədə isə 1,3 faiz artıb.
Avrozonada pərakəndə satışlar sentyabrda aylıq baxımdan 0,1 faiz azalıb, illik baxımdan isə 1 faiz artım qeydə alınıb.
Bazar gözləntisinə əsasən, Avrozonada pərakəndə satışların aylıq 0,2 faiz, illik isə 1 faiz artması proqnozlaşdırılırdı.
Aylıq müqayisədə pərakəndə satışlarda ən çox artım
- Lüksemburq və Malta (1,7 faiz),
- Estoniya (1,5 faiz),
- Slovakiya (1,4 faiz)
kimi ölkələrdə müşahidə olunub.
Ən böyük azalma isə
- Litvada (1,1 faiz),
- Latviyada və Sloveniyada (0,7 faiz),
- İtaliyada (0,6 faiz) qeyd edilib.