Avstraliyanın Mərkəzi Bankı gözlənildiyi kimi faiz dərəcələrini daha 0.25% artırıb və hazırda bu rəqəm 3.1%-dir.
BBN.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu isə 2012-ci ilin sonundan bu yana ən yüksək artım hesab edilir.
Nəşr yazır ki, bu Bankın 2022-ci ildə 8-ci və il üçün sonuncu faiz artımı qərarıdır.
Mərkəzi Bankın sədri Philip Lowe isə açıqlamasında qeyd edib ki, inflyasiya çox yüksəkdir və oktyabrda illik inflyasiya isə 6.9% olub: “İnflyasiyanı hədəf səviyyəyə çatdırmaq isə tələb və təchizat arasında daha dayanıqlı balans tələb edir”, – deyə o, sözlərinə əlavə edib.
Əlavə edək ki, pul siyasəti 1994-cü ilin ikinci yarısından bu qədər sürətlə sərtləşdirilməmişdir, belə ki, o zaman Mərkəzi Bank 5 iclasında faiz dərəcələrini 275 baza bəndi artırmışdı.