Avstraliyanın nəhəng bankı yüzlərlə işçisini ixtisar edəcək

Avstraliyanın aparıcı banklarından biri olan “ANZ Group” restrukturizasiya planı çərçivəsində 3500 işçini işdən çıxarmaq qərarına gəlib.

43.000 işçisi olan “ANZ” ölkənin ən böyük işəgötürənlərindən biridir və bu ixtisar son illərdə bankçılıqda qeydə alınan ən böyük ixtisarlardan biri hesab olunur.

Bankın açıqlamasına görə, 3500 iş yeri və 1000 podratçı ixtisar ediləcək, həmçinin konsaltinq müqavilələrinə yenidən baxılacaq.

Yeni baş direktor Nuno Matosun açıqlamasına əsasən, ixtisar və restrukturizasiya işləri üçün bank əlavə olaraq 560 milyon Avstraliya dolları (təxminən 369 milyon ABŞ dolları) xərcləyəcək.

Həmçinin konsaltinq və üçüncü tərəf podratçı müqavilələrinə yenidən baxılacağı bildirilib.

Müəllif: Mehin Qasımova, Banco.az

Related posts

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir

Azərbaycanda kredit portfelinin 70 faizdən çoxu kommersiya banklarının payına düşür

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı