Avto-icbari sığorta üzrə daha çox və az şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb

Mərkəzi Bank tərəfindən fevral ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə (2022-ci ilin mart və 2023-cü il fevral dövrünü əhatə edən) “şikayət indeksi” açıqlanıb.

Mərkəzi Bank tərəfindən bildirilib ki, İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.

Qeyd edək ki, şikayət indeksi üzrə belə nəticəyə gəlmək olar ki, qeyd edilən portfel üzrə xidmət səviyyəsinin yaxşı olduğu sığorta şirkətləri “Xalq Sığorta”, “Meqa Sığorta”, “Qala Sığorta”,  “PAŞA Sığorta”, “Naxçıvansığorta” ASC olub. 

Aşağıdakı linkə keçid etməklə “şikayət indeksi” ilə bağlı məlumat əldə etmək olar.

Related posts

Sığortaedənlərin sayı 2,33% artıb

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 19,7 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı