İctimai nəqliyyatda tətbiq edilən avtomatlaşdırılmış ödəniş sistemləri sərnişin axınını daha effektiv idarə etməyə imkan verir və gediş prosesini xeyli sadələşdirir.
Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov məlumat verib.
Onun sözlərinə görə, nəqliyyat vasitələrində proseslərin rəqəmsallaşdırılması və axınların dəqiq qeydə alınması ümumi olaraq müsbət qiymətləndirilir. Ekspert bildirib ki, innovativ tezödəmə sistemləri avtobus və metroda vaxt itkisinin qarşısını alır, sıxlığı azaldır və nəzarəti gücləndirir.
“Asudə ödəniş kartları və mobil tətbiqlərlə sürətli tranzaksiyalar növbələrin qısalmasına və marşrutların daha dəqiq idarə olunmasına şərait yaradır. Lakin yaşlı sərnişinlərin sistemdən istifadə zamanı müəyyən çətinliklərlə üzləşməsi, həmçinin bəzi avtobuslarda köhnə avadanlıqların qalması, inteqrasiyanın tam olmaması və zəif internet bağlantısı problemlər yaradır”, – deyə A.Əsədov vurğulayıb.
Ekspert qeyd edib ki, bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ictimai nəqliyyatda xidmətlərin daha sürətli və rahat şəkildə göstərilməsi mümkün olacaq.