“Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elizabeta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti və əməkdaşlığın gündəliyində olan məsələlər barədə müzakirələr apardıq.
Bankın investisiya strategiyasının prioritetlərini, su təchizatı, şəhərsalma, nəqliyyat infrastrukturu və bərpaolunan enerji layihələri üzrə qarşılıqlı fəaliyyət imkanlarını nəzərdən keçirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.