Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib - BBN

Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib

VTB (Azərbaycan) ASC-nin Müşahidə Şurasının 7 iyul 2025-ci il tarixli qərarına əsasən,
Aynur Abdullayeva Telman qızı 8 iyul 2025-ci il tarixindən etibarən Daxili Audit
Xidmətinin direktoru vəzifəsinə təyin olunub.
O, Bank VTB (Azərbaycan)-da 15 illik peşəkar təcrübəyə malikdir, o cümlədən son beş
ili Daxili Audit Xidmətində olmaqla bu müddət ərzində müxtəlif vəzifələrdə fəaliyyət
göstərib.
Abdullayeva 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini
“Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsilini
başa vurub.
Peşəkar fəaliyyətinə 2005-ci ildə Bank of Baku-da başlayıb, 2010-cu ilə qədər orada
müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə VTB (Azərbaycan) komandasına qoşulub və
fəaliyyətinə Əməliyyat Departamentinin Bank əməliyyatlarının müşayiəti şöbəsinin
müdiri kimi başlayıb.

Related posts

Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb

Expressbank və GXSSD İctimai Birliyi arasında tərəfdaşlıq memorandumu imzalanıb

AMB-də kibertəhlükəsizlik departamentinin adı dəyişdirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı