Azər Türk Bank “atb business mobile” tətbiqini yeniləyir

Bankın hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş “atb business mobile” tətbiqinin təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır. Belə ki, ən müasir tələblərə cavab verən, internet bankçılıq xidmətinin bütün funksional imkanlarını özündə əks etdirən yeni tətbiq tezliklə müştərilərin istifadəsinə veriləcəkdir.

Bununla əlaqədar olaraq 01 sentyabr 2024-cü il tarixindən “atb business mobile” fəaliyyəti dayandırılacaq və tətbiq Google Play və App Store platformalarından müvəqqəti olaraq silinəcəkdir. Daha sonra tətbiqin təkmilləşdirilmiş yeni versiyası müştərilərə təqdim olunacaqdır.

Yeni versiya hazır olana kimi tətbiqin veb versiyasından istifadə etməyinizi xahiş edirik.

Related posts

“GL” ASC-nin istiqrazının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı