Azər Türk Bank “atb friday” kampaniyasının müddətini uzatdı

Dövlət bankı Azər Türk Bank müştərilərin istəyini nəzərə alaraq, onlar üçün sərfəli “atb friday” kampaniyasının müddətini uzatdı. Kampaniya çərçivəsində fiziki şəxslərə illik faiz dərəcəsi 11,5%-dən başlayan istehlak kreditləri təklif edilir.

Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 13,5%, 14%, 15% səviyyəsində müəyyən edilmişdir.

Qeyd edək ki, 24 ayadək rəsmiləşdirilən kreditlər üzrə komissiya – 0%.

Hər bir şəxs, orta aylıq gəlirindən asılı olaraq, 30 000 manatadək zaminsiz kredit əldə edə bilər.

Kampaniya 2024-cü ilin 10 yanvar tarixi daxil olmaqla həmin tarixədək davam edəcəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

AMB sığorta sahəsində növbəti attestasiya keçirəcək

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı