Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

Dövlət bankı Azər Türk Bank, müştərilərin istəyini nəzərə alaraq, istehlak kreditləri üzrə başlatdığı kampaniyanın müddətini uzatmaq barədə qərar verib.

Kampaniya ərzində fiziki şəxslər illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər əldə edə biləcəklər.

Eləcə də müştərilərə illik faiz dərəcəsi 13% həcmində 24 ayadək olan kreditlər təklif edilir. Bu müddətə götürülən kreditlər üzrə komissiya – 0%.

36 və 48 ayadək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% təşkil edir.

Qeyd edək ki, hər bir fiziki şəxs Bankdan zaminlə 40 000 manat məbləğinədək kredit götürə bilər.

Azər Türk Bankın saytına daxil olmaqla krediti online sifariş vermək olar.

Kampaniya 2024-cü il 30 aprel daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı