Azər Türk Bankdan korporativ müştəriləri üçün yeni unikal əmək haqqı kartı

Dövlət bankı Azər Türk Bank yeni, unikal və daha sərfəli əməkhaqqı kartı məhsulunu korporativ müştərilərinə təqdim edir.

Belə ki, əməkhaqqı layihəsi çərçivəsində Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştərilərin əməkdaşları üçün nəzərdə tutulan əməkhaqqı kartı ilə  atb card məhsulunun funksiyaları birləşdirilərək vahid kart yaradılmışdır.

Yeni atb card əməkhaqqı kartı tam funksionallıdır və onun əsas özəlliyi bu kart vasitəsilə ticarət və xidmət müəssisələrində edilən ödənişlərin 30%-dək hissəsinin keşbek olaraq hesaba qaytarılması və kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanmasıdır.

Kart sahibləri, həmçinin, həm Azər Türk Banka məxsus, həm də ölkədə fəaliyyət göstərən digər bankların ATM və POS-terminalları vasitəsilə vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malikdirlər.

atb 360 mobil tətbiqi, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsizdir. Banka məxsus ATM, internet səhifəsi və atb 360 mobil tətbiqi vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmur.

Əməkhaqqı kartlarını korporativ müştərilər üçün rahat və etibarlı atb business internet bankçılıqdan onlayn sifariş etmək mümkündür.

Bankın biznes məhsullarından istifadə üçün onlayn qaydada hesab açmaq daha rahatdır.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı