Azərbaycan 47-ci Beynəlxalq Bağdad Yarmarkasında iştirak edir

47-ci Beynəlxalq Bağdad Yarmarkasında KOBİA da təmsil olunur.

İraqın Bağdad şəhərində 47-ci Beynəlxalq Bağdad Yarmarkası (47th Baghdad International Fair) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri sözügedən tədbirə qatılıb.

“Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanın çay, bitki yağları, qənnadı məmulatları, kolbasa və sosis məhsulları, nar şirəsi, limonad və mineral sular, konservlər və digər məhsullar nümayiş olunur. Stenddə B2B görüşlər üçün ayrılmış xüsusi yerlərdə Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Stenddə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AZPROMO da təmsil olunur. Burada ziyarətçilərə sahibkarlara göstərilən dəstək və xidmətlər, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilir, müvafiq çap materialları təqdim edilir.

Qeyd edək ki, yanvarın 19-dək davam edəcək yarmarkada 20 ölkədən 800-dən çox şirkət iştirak edir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı