Azərbaycan – Amerika Ticarət əlaqələrinin genişləndirilməsinə dair seminar keçiriləcək

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarların Azərbaycan məhsullarını Amerika bazarlarına daha rahat çıxara bilməsi məqsədilə “AmCham Azerbaijan” və  Amerikanın “MİTA – Full Service Marketplace Agency” ilə birgə mərhələli seminarlar keçirəcək.

Seminarlar zamanı iştirakçılarla Amerika bazarının tələblərinə uyğun olaraq bazar araşdırmasının aparılması, məhsul seçimi, bazara giriş strategiyası, logistika üzrə tərəfdaşın müəyyənləşdirilməsi, məhsulların sertifikatlaşdrılması, gömrük prosedurlarının həyata keçirilməsi, məhsulların “Amazon”, “WallMart” və digər platformalar vasitəsi ilə satışa çıxarılması, həmçinin, Amerikada şirkətin təsis olunması, bank və vergi prosedurlarının planlaşdırılması kimi mövzularda müzakirələr aparılacaq.

Seminarlar “MicrosoftTeams” vasitəsi ilə 2, 4, 7, 9 sentyabr tarixlərində onlayn olaraq həyata keçiriləcək.

Ödənişsiz olaraq  təşkil olunacaq seminarlar əsasən “Selling on Amazon” kitabının müəllifi,  Amerikanın “MİTA – Full Service Marketplace Agency”-nin təsisçisi Deniz Ölmez və “Bacak LLC”-nin təsisçisi, maliyyə məsələləri üzrə ekspert Ozan Bacak tərəfindən Türk dilində keçiriləcək.

            Qeydiyyat linki: http://training.ereforms.org/

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı