Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Avrasiya regionunda 41 layihə həyata keçirir - BBN

Azərbaycan Avrasiya regionunda 41 layihə həyata keçirir

High angle view of an anonymous African-American woman analyzing business graph on a laptop computer while sitting at restaurant desk with notebook and eyeglasses.

Azərbaycan hazırda Avrasiya regionu ərazisində 41 layihə üzrə iş aparır.

Bunu Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Zaboyev “Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar” adlı məruzənin təqdimatında bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycanın Avrasiya regionu ölkələrinə kapital qoyuluşlarının həcmi 3,2 milyard ABŞ dollarına çatıb.

Ekspert qeyd edib ki, Azərbaycan həm region daxilində, həm də onun hüdudlarından kənarda kifayət qədər yüksək investisiya fəallığı nümayiş etdirir.

Təqdim olunan məruzəyə əsasən, Azərbaycanın Avrasiya ölkələrinə investisiyalarının əsas istiqamətləri Ukrayna (39 %) və Gürcüstandır (38 %).

A.Zaboyev bildirib ki, ən iri layihələr sırasında 330 milyon ABŞ dolları dəyərində Gürcüstanda yerləşən Kulevi neft terminalının alınması və modernləşdirilməsi, həmçinin 300 milyon ABŞ dolları məbləğində SOCAR Georgia Gasın qazpaylayıcı şəbəkələrinin satın alınması yer alır.

Mərkəzin rəhbəri əlavə edib ki, Azərbaycanın iqtisadiyyatına əsas regional investor olaraq Rusiya qalır və bu ölkənin payı 98 % təşkil edir. 2025-ci ilin birinci yarısına olan məlumata görə, Rusiyanın investisiyalarının həcmi 4,77 milyard ABŞ dolları, regiondan cəlb olunan vəsaitlərin ümumi həcmi isə 5,4 milyard ABŞ dolları olub.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı