Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Avropaya qazın ixracının 10%-dən çox artırıb - BBN

Azərbaycan Avropaya qazın ixracının 10%-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 10,5% çoxdur.

BBN.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin yanvar-fevral aylarında Avropaya 2,1 mlrd. kubmetr, Türkiyəyə 1,4 mlrd. kubmetr, Gürcüstana isə 0.6 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd. kubmetr qaz nəql edilib”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan bu ilin ilk iki ayında 4,1 mlrd. kubmetr qaz ixrac edib.

 

Related posts

ABŞ bazarında təbii qazın qiyməti yüksəlib

Dünya bazarında neft ucuzlaşıb

Azərbaycan nefti 91 dollara satılır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı